Azərbaycan prezidenti ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib - VİDEO

Azərbaycan prezidenti ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib - <span style="color: red;">VİDEO
# 01 iyun 2015 11:07 (UTC +04:00)

APA-nın məlumatına görə, İ. Daçiçlə son görüşünü məmnunluqla xatırlayan dövlət başçısı onun ATƏT-in sədri kimi ölkəmizə səfərinin önəmini qeyd edib.

İ. Daçiç isə Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarının açılış mərasimində ölkəsinin prezidentinin iştirak edəcəyini vurğulayıb. Serbiyanın baş naziri Aleksandr Vuçiçin bu yaxınlarda Azərbaycana etdiyi səfərə toxunan İ. Daçiç onun bu səfərdən çox məmnun qaldığını deyib.

Görüşdə Azərbaycan-ATƏT əməkdaşlığının perspektivləri, Azərbaycan ilə Serbiya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə daha da inkişaf etdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən danışıqlar prosesi, təmas xəttində baş verən hadisələr, problemin həllinin uzadılması, münaqişənin həllinə yanaşmada ikili standartların mövcud olması və digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR