Böyük güclər yekdil davrananda dünya sülh və əmin-amanlıqda olacaq.
APA xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ və Rusiyadan olan həmkarları ilə üçtərəfli görüşün əvvəlində deyib.
“Rəqabət əsl məsuliyyəti üzə çıxarır. Üç ölkə qlobal çağırışların öhdəsindən gəlmək üçün birlikdə işləməlidir”, - Si Cinpin vurğulayıb.
Rusiya Prezidenti Vladimir Putin isə hər üç ölkənin Ukraynada müştərək maraqlarının olduğunu bildirib.