Yeni Zelandiyada 5,1 bal gücündə zəlzələ olub

Yeni Zelandiyada  5,1 bal gücündə zəlzələ olub
# 14 may 2015 04:40 (UTC +04:00)

Bakı-APA. Yeni Zelandiyada 5,1 bal gücündə zəlzələ baş verib.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri ölkənin Şimal adası yaxınlığında, ocağı isə 18 km dərinlikdə yerləşib.

Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR