Kürdəmirdə baş verən yol qəzasında bir nəfər yaralanıb

Kürdəmirdə baş verən yol qəzasında bir nəfər yaralanıb
# 09 iyul 2018 08:02 (UTC +04:00)

Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında şəhərin Bakı prospektində qeydə alınıb.

Kürdəmir rayon sakini, 1996-cı təvəllüdlü Yəhya Qabil oğlu Xalıqovun idarə etdiyi “VAZ 2106” markalı avtomaşınla Alyarbəy Alıbəy oğlu Əhmədovun idarə etdiyi "Mercedes" markalı avtomobil toqquşub.

Nəticədə “VAZ 2106”da olan sərnişin, 1988-ci il təvəllüdlü Əlmusa Ələsgər oğlu Xalıqov müxtəlif xəsarətlər alaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR