Rusiya vətəndaşı Şəkidə 79 yaşlı piyadanı vuraraq öldürüb

Rusiya vətəndaşı Şəkidə 79 yaşlı piyadanı vuraraq öldürüb
# 21 iyul 2015 07:06 (UTC +04:00)

Şəki. Vüqar Heydərov – APA. Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Qoxmuq kəndi ərazisində qeydə alınıb.

Rusiya vətəndaşı, 1969-cu il təvəllüdlü Səlimov Şahid Tofiq oğlu idarə etdiyi “Lada-Granta” markalı Rusiya dövlət nömrə-nişanlı avtomobillə yolu keçmək istəyən piyada, Qoxmuq kənd sakini 1936-cı il təvəllüdlü Yusipov Əsəbəli Müslüm oğlunu vurub.

Nəticədə piyada aldığı xəsarətdən Şəki Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR