Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada mərasim zalında baş verən yanğın nəticəsində azı 22 nəfər ölüb.
Bu barədə “Actualité” portalı məlumat yayıb.
Bildirilib ki, hadisə zamanı zalda toy mərasimi keçirilirmiş və çoxlu sayda insan iştirak edirmiş.
Yerli hakimiyyət nümayəndəsi Norber Muşiqanın sözlərinə görə, ölənlərin dəqiq sayı hələ müəyyənləşdirilir. Hadisə nəticəsində çoxsaylı şəxslərin xəsarət aldığı da bildirilir.
İlkin məlumata əsasən, zalda yalnız bir çıxışın olması yanğın zamanı insanların eyni anda oranı tərk etməyə çalışması nəticəsində sıxlığa səbəb olub.
Yanğının başvermə səbəbləri araşdırılır.