Bank Of Baku

Nigeriya hərbçiləri terrorçuların girov götürdüyü 36 nəfəri azad edib

Nigeriya hərbçiləri terrorçuların girov götürdüyü 36 nəfəri azad edib
# 05 sentyabr 2026 21:17 (UTC +04:00)

Nigeriya Silahlı Qüvvələri terrorçular tərəfindən girov götürülmüş 36 mülki şəxsi azad edib.

Bu barədə NAN agentliyi Nigeriya ordusunun Baş Qərargahının nümayəndəsi, general-mayor Maykl Onodjuya istinadən məlumat yayıb.

Bildirilib ki, hərbçilər Borno və Yobe ştatlarında ekstremistlərin bir neçə bazasını məhv edib, girovları azad edib, həmçinin xeyli sayda silah və sursat ələ keçiriblər.

Nigeriya Silahlı Qüvvələri ölkənin şimal-şərqində, Borno ştatında “Hadin Kai” əməliyyatı çərçivəsində “Boko Haram” və “İslam Dövləti” terror təşkilatının Qərbi Afrika qolu (ISWAP) qruplaşmalarına qarşı əməliyyatlar həyata keçirib.

Nigeriyanın şimal-şərqində əsas terror təhdidlərindən biri “Boko Haram” qruplaşması hesab olunur. Qruplaşma 2009-cu ildə Borno ştatının inzibati mərkəzi Mayduquri şəhərində yaradılıb və ölkədə hakimiyyəti ələ keçirməyi hədəfləyir.

2015-ci ildə Nigeriya Silahlı Qüvvələri “Boko Haram”a ağır zərbə vuraraq qruplaşmanın nəzarət etdiyi əraziləri əhəmiyyətli dərəcədə azaldıb. Bundan sonra silahlılar qonşu ölkələrdə, xüsusilə Çad gölü ətrafında bazalar yaratmağa başlayıblar.

Elə həmin il “Boko Haram” daxilində parçalanma baş verib və qruplaşmadan ayrılan silahlılar sonradan ISWAP-ı yaradıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR