Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərinin üçüncü ölkəyə satılması ilə bağlı danışıqlarda mühüm irəliləyiş əldə edildiyi bildirilir.
APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə “Yeni Akit” qəzeti yazıb.
Məlumata görə, Ankara və Moskva S-400 sistemlərinin üçüncü ölkəyə satılması ilə bağlı razılaşmanın son mərhələsinə çatıb.
Nəşr iddia edir ki, məsələ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qırğızıstandakı təmasları zamanı həll olunub.
S-400 sistemlərinin mümkün alıcısı kimi Birləşmiş Ərəb Əmirliklərinin adı çəkilir.