İraqda avtomobilin partladılması nəticəsində azı 14 nəfər ölüb, 37 nəfər yaralanıb

İraqda avtomobilin partladılması nəticəsində azı 14 nəfər ölüb, 37 nəfər yaralanıb
# 06 iyun 2015 21:44 (UTC +04:00)

Bakı-APA. İraqın Balad-Ruz şəhərində bazarın qarşısında avtomobilin partladılması nəticəsində azı 14 nəfər ölüb, 37 nəfər yaralanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində bir neçə mağaza və avtomobilə zərər dəyib.

Hadisə yerini polis mühasirəyə alıb.

Hələlik heç bir qruplaşma partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR