Mərakeşdə son 24 saat ərzində həddindən artıq istilər 21 nəfərin həyatına son qoyub

Mərakeşdə son 24 saat ərzində həddindən artıq istilər 21 nəfərin həyatına son qoyub
# 26 iyul 2024 00:51 (UTC +04:00)

Mərakeş Səhiyyə Nazirliyi son 24 saatda ölkədəki həddindən artıq istilər səbəbindən ən azı 21 nəfərin öldüyünü açıqlayıb.

APA xəbər verir ki, Mərakeş Səhiyyə Nazirliyindən verilən açıqlamada həddindən artıq istilərin insan tələfatına səbəb olduğu bildirilib.

İstilər səbəbilə ölənlərin çoxunun xroniki xəstəlikdən əziyyət çəkən və yaşlı insanlar olduğu bildirilir.

Mərakeş Meteorologiya İdarəsi, bazar ertəsi və çərşənbə günləri arasında ölkənin bəzi bölgələrində termometrlərin 48 dərəcəni göstərdiyini bildirib.

Mərakeşdə rekord temperatur keçən ilin avqustunda Aqadirdə 50,4 dərəcə selsi ilə qeydə alınıb.

Qeyd edək ki, Avropa İttifaqının Kopernik İqlim Dəyişikliyi Xidməti 22 iyul tarixinin 1940-cı ildən bəri dünyada qeydə alınan ən isti gün olduğunu açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR