Bank Of Baku

Misirdə muzeydən 3000 illik qızıl qolbaq oğurlanıb

Misirdə muzeydən 3000 illik qızıl qolbaq oğurlanıb
# 17 sentyabr 2025 14:39 (UTC +04:00)

Qahirədə muzeydən 3000 illik qızıl qolbaq oğurlanıb.

APA xəbər verir ki, bu barədə Misirin Antik Əşyalar Nazirliyi məlumat yayıb.

Qolbağın sonuncu dəfə nə zaman görüldüyü qeyd olunmayıb.

Oğurluqla əlaqədar bütün hava və dəniz limanları, eləcə də quru sərhəd-keçid məntəqələrinə ayıq-sayıq olmaları ilə bağlı xəbərdarlıq edilib.

Qeyd edək ki, Təhrir meydanında yerləşən muzeydə 170 mindən çox artefakt nümayiş etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR