İŞİD silahlıları Palmira muzeyini ələ keçiriblər

İŞİD silahlıları Palmira muzeyini ələ keçiriblər
# 24 may 2015 02:12 (UTC +04:00)

Bakı-APA. İŞİD terror qruplaşmasının silahlıları Suriyanın qədim Palmira şəhərinin muzeyini ələ keçiriblər. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, Suriya hakimiyyətinin nümayəndələri muzeydəki eksponatlar döyüşlərin getdiyi zaman çıxarılaraq təhlükəsiz yerə aparılıb.

Qeyd edək ki, Qeyd edək ki, UNESCO -nun Mədəni İrs Siyahısına daxil edilən Palmira şəhəri qədim dünyanın ən mühüm mədəniyyət mərkəzlərindən biridir.

Bundan əvvəl BMT Təhlükəsizlik Şurası Palmiranın terrorçuların nəzarətinə keçməsi ilə bağlı dərin narahatlığını ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR