Sinan Oğan MHP-dən çıxarıldı

Sinan Oğan MHP-dən çıxarıldı
# 26 avqust 2015 11:41 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Türkiyədə Milliyyətçi Hərəkat Partiyasının (MHP) üzvü olan keçmiş millət vəkili Sinan Oğan partiyadan xaric edilib. APA-nın “Bugün” qəzetinə istinadən verdiyi məlumata görə, qərar MHP İntizam Komitəsinin iclasında səs çoxluğu ilə qəbul olunub.

Qeyd edək ki, Beynəlxalq Əlaqələr və Strateji Analitika Mərkəzinin (TÜRKSAM) rəhbəri olan Sinan Oğan 12 iyun 2011-ci il seçkilərində MHP-dən İğdır millət vəkili seçilmişdi. Əslən azərbaycanlıdır. O, partiya daxilində müxalif mövqeyi ilə fərqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR