Əfqanıstan aviasiyası “Taliban”ın 12 üzvünü məhv edib

Əfqanıstan aviasiyası “Taliban”ın 12 üzvünü məhv edib
# 30 iyun 2018 20:15 (UTC +04:00)

Əfqanıstan Hərbi-Hava Qüvvələrinin zərbələri nəticəsində “Taliban” hərəkatının 12 üzvü məhv edilib, 18-i yaralanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, əməliyyat Baqdis əyalətinin Cavand rayonunda keçirilib.

Qeyd edək ki, Əfqanıstan prezidenti Əşrəf Qani bundan əvvəl “Taliban”la atəşkəs rejiminin başa çatdığını və hərbi əməliyyatların bərpa olunduğunu bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR