“Elektron ipoteka” sisteminin “Elektron hökumət” portalına inteqrasiyası ilə bağlı tender keçirilir

“Elektron ipoteka” sisteminin “Elektron hökumət” portalına inteqrasiyası ilə bağlı tender keçirilir
# 08 noyabr 2016 08:37 (UTC +04:00)

“Azərbaycan İpoteka Fondu” “Elektron ipoteka” sisteminin “Elektron hökumət” portalına inteqrasiyası ilə bağlı tender elan edib.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, tenderdə iştirak haqqı 150 manatdır. Tenderdə iştirak etmək istəyənlər ərizə, iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi, tender təklifini, hüquqi statusu və dövlət qeydiyyatını təsdiq edən sənədlərin (nizamnamə, dövlət qeydiyyat şəhadətnaməsi və ya reyestrdən çıxarış, VÖEN) surətlərini, ƏDV qeydiyyatının olub-olmamasını müəyyən etməyə imkan verən sənədlərin surətlərini, bank rekvizitlərini, təklifi və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənədi (vəzifəyə təyin edilməsi barədə əmr), iddiaçının fəaliyyətinin axırıncı ili üzrə maliyyə vəziyyəti haqqında bank arayışını, Azərbaycanda vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması barədə müvafiq vergi orqanından arayışı (Dövlət Sosial Müdafiə Fondu və Vergilər Nazirliyi), tenderin əsas şərtlər toplusunda tələb olunan digər sənədlər və məlumatları müvafiq quruma təqdim etməlidir.

İddiaçılar informasiya texnologiyalarının idarə edilməsi sahəsində peşəkarlığının, ən azı 2 il iş təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin olması barədə digər məlumatları da təqdim etməlidir.

Tender üzrə ilkin sənədlər dekabrın 15-dək, tender zərfləri isə dekabrın 23-dək ASC-nin Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcək. Göstərilən vaxtdan gec təqdim olunmuş tender zərfləri açılmadan geri qaytarılacaq. Zərflər dekabrın 26-da saat 15:00-da açılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR