Masallıda 4 hektar kivi bağı yararsız vəziyyətə salınıb

Masallıda 4 hektar kivi bağı yararsız vəziyyətə salınıb
# 18 noyabr 2016 07:15 (UTC +04:00)

Masallı rayonunda naməlum şəxs və ya şəxslər 4 hektar ərazidə əkilmiş kivi ağaclarını kəsərək yararsız vəziyyətə salıblar.


APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Hüseynhacılı kəndində baş verib. Fermer Aşur Mahmudova məxsus kivi bağı bir gecənin içində məhv edilib. Zərərçəkmiş bildirib ki, bağda əkilən hər bir kivi ağacı ona 700 manata başa gəlib. Bu il ilk dəfə olaraq bağdan məhsul yığımı aparılacaqdı.


A. Məmmədov hadisədən səhər saatlarında xəbər tutub. Bağa gələn fermer gördüyü mənzərədən dəhşətə gəlib. Əraziyə baxış keçirərkən ağacların 90%-nin kəsildiyi məlum olub. O, hadisə barədə dərhal kənd icra nümayəndəsini, bələdiyyə sədrini və rayon polis şöbəsini məlumatlandırıb. Hələlik heç kəsdən şübhələnmədiyi bildirən A. Mahmudovun sözlərinə görə, hər şey ərazidə quraşdırılan veb-kameraya baxışdan sonra məlum olacaq.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR