Salyanda qəzalı vəziyyətə düşən körpü təmir edilib

Salyanda qəzalı vəziyyətə düşən körpü təmir edilib
# 09 iyun 2015 14:23 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Ələt-Astara - İran ilə dövlət sərhədi avtomobil yolunun 72-ci kilometrliyində, Mil-Muğan kollektorunun üzərində yerləşən və qəzalı vəziyyətə düşən avtomobil körpüsündə aparılan təmir işləri yekunlaşıb.

“Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu gündən etibarən körpü üzərində tam olaraq nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Körpü üzərində nəqliyyat vasitələrinin intensivliyi nəzərə alınaraq Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən təmir-tikinti işlərinin keyfiyyətlə və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. Körpüdə aparılmış təmir-tikinti işləri zamanı normadan artıq yüklənmiş ağır tonnajlı maşınların intensiv hərəkəti nəticəsində sınıb 4 ədəd dəmir-beton tirlər dəyişdirilib.

Qəza baş vermiş hərəkət zolağı boyunca 90 metrlik aşırım tirləri üzərində dəmir-beton karkas yığılaraq üstü betonlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR