Bu il Azərbaycanda qızıl istehsalı 33% artıb

Bu il Azərbaycanda qızıl istehsalı 33% artıb
# 16 iyul 2015 07:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 1 117,4 kq qızıl istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin 6 ayı ilə müqayisədə 32,9% çoxdur. Nəticədə bu ilin iyul ayının 1-nə 27,9 kq hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-iyun ayları ərzində ölkədə 46,5 kq gümüş istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 76,2% azdır. Nəticədə bu ilin iyulun 1-nə 7,7 kq hazır məhsul ehtiyatı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR