Liviya sahillərində 700-dək miqrant batıb, 49 nəfər xilas edilib - YENİLƏNİB - VİDEO

Liviya sahillərində 700-dək miqrant batıb, 49 nəfər xilas edilib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 19 aprel 2015 19:57 (UTC +04:00)

Bakı – APA. Liviya sahillərində batan gəmidəki 700 nəfərdən 49-u xilas edilib, 24 nəfərin isə cəsədi çıxarılıb.

APA-nın xəbərinə görə, bunu Türkiyənin Anadolu Agentliyinə BMT-nin Yüksək Komissarlığının sözcüsü Federiko Fossi deyib.

Fossi xilasetmə əməliyyatının davam etdiyini bildirib.

İtaliya hökuməti hadisə ilə bağlı fövqəladə toplantı keçirir.

Qeyd edək ki, ötən gecə İtaliyanın Lampeduza adasından 200 km cənubda içərisində 700 nəfər qeyri-leqal yolla Avropaya yetişmək istəyən miqrant olan gəmi batıb.

***

15:09

Bakı – APA. Liviya sahillərində göyərtəsində 700 miqrant olan gəmi batıb.

APA-nın “The Times of Malta” nəşrinə istinadən verdiyi məlumata görə, miqrantlardan yalnız 28-i xilas ola bilib, qalanlarının isə öldüyü ehtimal edilir.

Gəmi aprelin 18-dən 19-a keçən gecə İtaliyanın Lampeduza adasından 200 km cənubda batıb.

Axtarış-xilasetmə əməliyyatlarında İtaliya və Malta gəmiləri, habelə vertolyotlar iştirak edir.

“Agence France-Presse” yazır ki, qalan şəxslərin öldüyü təsdiqlənsə, bu, qeyri-leqal yolla Avropaya yetişmək istəyən miqrantların batması ilə nəticələnən ən irimiqyaslı gəmi qəzası olacaq.

Qeyd edək ki, bu həftə Aralıq dənizində daha iki gəmi qəzası baş verib. Qeyri-leqal miqrantları daşıyan hər iki gəmi Liviyadan İtaliya istiqamətində üzərkən baş verib. Aprelin 14-də baş verən qəzada 400, aprelin 16-da baş verən faciədə isə 41 miqrant ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR