Azərbaycanda 5741 İİV-lə yaşayan insan antiretrovirus terapiyaya cəlb olunub

Azərbaycanda  5741 İİV-lə yaşayan insan antiretrovirus terapiyaya cəlb olunub
# 02 dekabr 2019 12:15 (UTC +04:00)

"2006-cı ildən etibarən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 5741 İİV-lə yaşayan insan cəlb olunub".

APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı keçirdiyi dəyirmi masada çıxış edən Mərkəzin monitorinq və qiymətləndirmə departamentinin rəhbəri Natiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, onlardan 761 nəfərə müalicə bu ilin 11 ayı ərzində başlanılıb: "2018-ci ildən etibarən Səhiyyə Nazirliyinin dəstəyi ilə İİV infeksiyasının müalicəsində "Test-Treat" strategiyası tətbiq olunur. İİV-ə yoluxması təsdiq olunmuş hər bir vətəndaş qeydiyyata götürüldüyü gündən etibarən ARV dərmanlar ilə təmin olunur. Ümumilikdə 2019-cu ilin dekabrın 1-nə qədər İİV-lə yaşayan insanların 85%-ə qədəri ARV terapiya ilə təmin olunub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR