"Bakı Sığorta"nın aktivləri azalıb

"Bakı Sığorta"nın aktivləri azalıb
# 29 mart 2018 07:25 (UTC +04:00)

“Bakı Sığorta” ASC 2017-ci ilə dair mühasibat balansı göstəricilərini açıqlayıb.

"APA-Economics" xəbər verir ki, 2016-cı il ilə müqayisədə ötən il şirkətin aktivləri 332,870 min manat və ya 3,01% azalaraq 2018-ci ilin yanvarın 1-ə 10 mln. 728 min 127 manat təşkil edib. Aktivlərin 7,456 mln. manatı qısamüddətli, təxminən 3,272 mln. manatı isə uzunmüddətlidir.

2017-ci ilin dekabrın 31-ə "Bakı Sığorta"nın uzunmüddətli öhdəlikləri 1 mln. 122 min 262 manat, qısamüddətli öhdəlikləri isə 662 min 235 manat təşkil edib. Başqa sözlə, hazırda şirkətin cəmi öhdəlikləri 1 mln. 784 min 497 manatdır.

Sığortaçının cəmi kapitalında artım var. Belə ki, 2016-cı il ilə müqayisədə ötən il şirkətin cəmi kapitalı 26 min 60 manat və ya 0,29% artaraq 8 mln. 943 min 630 manata çatıb.

Nizamnamə kapitalı isə dəyişməyərək 8 mln. 925 min 439,65 manata çatıb.

Şirkət ötən ili 262 min 499 manat mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR