DSMF-də Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə mərasim keçirilib - FOTO

DSMF-də Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə mərasim keçirilib - <span style="color: red;">FOTO
# 07 may 2015 15:48 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Dövlət Sosial Müdafiə Fondunda (DSMF) təntənəli mərasim keçirilib.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, tədbirdə çıxış edən DSMF-nin sədri Elman Mehdiyev böyük dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin memarı Ümummilli lider Heydər Əliyevin zəngin siyasi təcrübəsi və dövlətçilik fəaliyyəti barədə məlumat verib. Ulu öndər Heydər Əliyevin dövlət quruculuğu fəlsəfəsinin başlıca elementinin məhz sosial rifah olduğunu qeyd edən fond sədri ümummilli liderimizin ölkəmizdə yeni cəmiyyət modeli quruculuğunda, milli həmrəyliyin formalaşmasında və inkişafında göstərdiyi misilsiz xidmətlərdən, əsasını qoyduğu milli tərəqqi və sosial dövlət konsepsiyasından bəhs edib.

E.Mehdiyev vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən ümummilli liderimiz Heydər Əliyevin müdrik inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində genişmiqyaslı dəyişikliklər baş verib, dayanıqlı makroiqtisadi sabitlik və davamlı iqtisadi artım təmin olunub, regionun lider dövlətinə çevrilən respublikamız dünyanın sürətlə inkişaf edən ölkələri sırasında öz layiqli yerini tutub. Beynəlxalq aləmdə nüfuzu durmadan artan, özünəməxsus milli inkişaf modeli ilə tanınan, qlobal layihələrin təşəbbüskarı və icraçısı rolunda çıxış edən dövlətimiz dünyada, xüsusən də bölgədə gedən proseslərdə kifayət qədər geniş təsir imkanlarına malikdir.

Digər çıxış edənlər ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, onun şərəfli ömür yolundan, ölməz ideyalarından, doğma vətənimiz və xalqımız üçün gördüyü misilsiz işlərdən danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR