Azərbaycanın Rusiya ilə sərhədində keçirilən “Sərhəd-sipər” əməliyyatı yekunlaşıb

Azərbaycanın Rusiya ilə sərhədində keçirilən “Sərhəd-sipər” əməliyyatı yekunlaşıb
# 28 noyabr 2016 07:32 (UTC +04:00)

Azərbaycanın Rusiya ilə sərhəd rayonlarında keçirilən “Sərhəd-sipər” əməliyyatı başa çatıb.

Bu barədə APA-nın şimal bürosuna hüquq-mühafizə orqanlarından məlumat verilib.

Qeyd edək ki, noyabrın 21-də başlayan əməliyyatlar Rusiya ilə Azərbaycan tərəfinin birgə əldə etdiyi razılaşmaya əsasən aparılıb. Əməliyyatın keçirilməsində əsas məqsəd hər iki dövlətin sərhədyanı ərazilərində transmilli mütəşəkkil cinayətkarlığa, qanunsuz miqrasiyaya, narkotiklərin, qanunsuz silah-sursatın dövriyyəsinə qarşı mübarizə aparmaq olub.

Əməliyyatlar bir həftə davam edib. Aparılan əməliyyatlara bağlı şimal rayonlarında xüsusi polis postları qurulub. Polis əməkdaşları tərəfindən rayona girən və çıxan avtomobillər yoxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR