Salyanda qadınların regional konfransı keçirilib

Salyanda qadınların regional konfransı keçirilib
# 05 iyul 2018 10:31 (UTC +04:00)

Salyanda “Dayanıqlı inkişaf naminə rayon qadınlarının liderliyi və iqtisadi fəallığının təşviqi” mövzusunda konfrans keçirilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan, Neftçala, Sabirabad, Biləsuvar və Masallı rayonlarının qadınlarının iştirakı ilə keçirilən konfransın məqsədi rayon qadınlarının öz problem və perspektivlərini ifadə etmək üçün ictimai platforma olmaqla yanaşı, kənd qadınlarının prioritetlərinin milli dövlət siyasətində əks etdirilməsinə nail olmaqdır.

Konfrans Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT İnkişaf Proqramı və Coca-Cola Fondunun birgə əməkdaşlığı ilə “Rayon qadınları və gənclərinin iqtisadi və sosial həyatda fəal iştirakının təşviqi” layihəsi çərçivəsində təşkil olunub.

Konfransda rayon icmalarında güclü liderlik roluna sahib olmaq üçün qadınların təşviq edilməsi, kənd və rayon qadınlarının problemlərinin açıq müzakirəyə çıxarılması, rayon qadınlarının başqa rayonlardan gələn xanımlarla şəbəkələşməsi, yerli səviyyədə fəallıq və milli səviyyədə təmsil olunmaq üçün qadınların təcrübə mübadiləsi və strateji əməkdaşlıq üçün şərait yaradılması mövzusunda çıxışlar edilib.

Tədbirdə Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, BMTİP Rezident Nümayəndəsi Alessandro Frakassetti, Coca-Cola Qafqaz və Mərkəzi Asiya Regionu üzrə baş menecer Eser Sevinc Manav çıxış ediblər. Sonra Qadın Resurs Mərkəzlərinin öz fəaliyyətləri və təcrübələri haqqında təqdimatlar keçirilib.

Tədbir çərçivəsində Salyanda qadın biznesinə dəstək proqramının qaliblərinə sertifikatlar təqdim edilib, biznes sahəsində uğur əldə etmiş qadınlar haqqında videoçarxlar nümayiş olunub.

Sonra rayon qadınları və sahibkarlıq (kənd təsərrüfatı və qeyri-aqrar biznes, həyətyanı təsərrüfatlar və s.), rayon qadınlarının peşə təhsili (evdən işləməklə bazara çıxarıla bilən məhsulların satışı, ixtisasın artırılması və dəyişilməsi, davamlı təhsil və sair), rayon qadınlarının sosial iştirakı və liderliyi (qadınların sosial fəallığının təşviqi, gender əsaslı və qadınlara qarşı zorakılıq, ictimai fəallıq, fəal qadınların şəbəkələşməsi və s.) mövzularda dəyirmi masalar ətrafında müzakirələr aparılıb, moderatorlar tərəfindən təqdimatlar keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR