ABŞ-da polis əməkdaşı adam öldürüb

ABŞ-da polis əməkdaşı adam öldürüb
# 08 may 2015 10:55 (UTC +04:00)

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, hadisə Los-Ancelesdə baş verib.

Naməlum şəxs avtomobildə olarkən polis əməkdaşı tərəfindən güllələnib.

Məlum olub ki, həmin şəxs polis əməkdaşı ilə mübahisə etdikdən sonra avtomobillə qaçmağa çalışıb. Lakin sonuncu buna imkan verməyib.

Qeyd edək ki, son günlərdə Los-Ancelesdə gərginlik müşahidə olunur. Buna səbəb ötən həftə Venisdə evsiz qaradərili sakinin öldürülməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR