Lənkəran teatrı mövsümə yekun vurub - FOTOSESSİYA

Lənkəran teatrı mövsümə yekun vurub - <span style="color: red;">FOTOSESSİYA
# 21 iyul 2015 07:14 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı 124-cü mövsümünü başa vurub. APA-nın cənub bürosunun məlumatına görə, bağlanış mərasimində teatrın direktoru Tofiq Heydərov, truppanın üzvlərindən respublikanın xalq artisti Böyükxanım Əliyeva, əməkdar artistlər Təvəkkül Əliyev və Sucəddin Mirzəyev çıxış edərək cari mövsümdə qazanılmış uğurlar və növbəti mövsümdə qarşıda duran vəzifələrdən söz açıblar.

Teatr daha sonra xalq yazıçısı Elçinin “Cəhənnəm sakinləri” tamaşasını Milli Ordunun zabit və əsgərlərinə təqdim edib.

Ötən əsrin 1937-ci il Stalin rejiminin repressiya dövrünün acı həqiqətlərindən bəhs edən bu səhnə əsərinin quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Sadıqovdur.

Əsas rolları respublikanın xalq artisti Qabil Quliyev, əməkdar artist Adil Zeynalov, artistlərdən Əbülfəz Axundov, Qızılgül Quliyeva, Aynur Əhmədova və Tərlan Abdullayev ifa ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR