Lənkəran və Goranboyda yolu keçən şəxsləri maşın vuraraq öldürüb

Lənkəran və Goranboyda yolu keçən şəxsləri maşın vuraraq öldürüb
# 25 iyun 2018 10:52 (UTC +04:00)

Lənkəran və Goranboyda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 24-də saat 22 radələrində Lənkəran rayonunun Şağlaküçə kəndi ərazisində Yuxarı Təngivan kənd sakini Qafil Əliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakini Mədət Şükürovu vurub və nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Elə həmin gün saat 23 radələrində Goranboy rayonunun Qaramusalı kəndi ərazisində kənd sakini Faiq Kazımov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmkəndlisi Nadir Rüstəmovu vuraraq öldürüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR