Avropa Birliyi Azərbaycan və Ermənistanı atəşkəsə dərhal əməl etməyə və münaqişənin həllinə yönəlmiş səyləri davam etdirməyə çağırıb

Avropa Birliyi Azərbaycan və Ermənistanı atəşkəsə dərhal əməl etməyə və münaqişənin həllinə yönəlmiş səyləri davam etdirməyə çağırıb
# 04 avqust 2014 08:27 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, AB hər iki tərəfi atəşkəsə dərhal əməl etməyə, güc tətbiqindən və hədələrdən çəkinməyə, münaqişənin sülh yolu ilə həllinə yönəlmiş səyləri davam etdirməyə çağırır: “Avropa Birliyi xatırladır ki, Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli istiqamətində səylərin fəallaşdırılmasında iştiraka, eləcə də münaqişənin sülh yolu ilə həlli prosesinə ATƏT-in Minsk Qrupunu ilə birlikdə töhfə verməyə hazırdır”.

Bəyanatda ATƏT-in Minsk Qrupunun həmsədrlərinin işinə, xüsusən Azərbaycan və Ermənistan prezidentlərinin 2013-cü il noyabrın 19-da keçirilmiş Vyana görüşündə razılaşdırıldığı kimi, ən yüksək səviyyədə danışıqların davam etdirilməsinə dəstək ifadə olunur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR