“LUKoyl” şirkəti Rumıniyada pul yumaqda şübhəli bilinib

“LUKoyl” şirkəti Rumıniyada pul yumaqda şübhəli bilinib
# 03 oktyabr 2014 00:36 (UTC +04:00)

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Şirkətin Rumıniya üzrə aktivlərinin cəmləşdiyi Ployeşti şəhərinin prokurorunun verdiyi məlumata əsasən, söhbət 1,03 mlrd ley (230 mln avro və ya 290 mln dollar) məbləğində qeyri qanuni əməliyyatlardan gedir.

Səhmlərinin 97 faizinin “LUKoyl”a məxsus olan “Petrotel” zavodu da daxil olmaqla, ümumilikdə, 23 reyd keçirilib.

“LUKoyl” nümayəndəsi baxışların keçirildiyini təsdiqləyərək, “Petrotel” zavodunda mühasibat sənədlərinin götürüldüyünü qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR