Ukrayna ordusu Rusiyanın ən müasir radiolokasiya qurğusunu sıradan çıxarıb

Ukrayna ordusu Rusiyanın ən müasir radiolokasiya qurğusunu sıradan çıxarıb
# 03 iyun 2024 15:05 (UTC +04:00)

Ukraynanın ordu birləşmələri hava zərbələri nəticəsində Rusiya ordusuna məxsus “Kasta-2Е2” radiolokasiya qurğusunu sıradan çıxarıb.

APA-nın “unian”a istinadən xəbərinə görə, bu barədə adı ordunun Xüsusi Əməliyyatlar Qrupunun teleqram kanalında məlumat verilib.

Kanal həmçinin həmin əməliyyatın kadrlarını da yayıb.

Bununla yanaşı, sutka boyunca davam edən hərbi əməliyyatlar nəticəsində Xarkovda 240 millimetrlik 2C4 “Tülpan” ağır artilleriya qurğusu da yararsız hala salınıb.

Qeyd edək ki, Rusiyanın hərbi arsenalındakı analoqları arasında ən müasiri hesab olunan “Kasta-2Е2” qurğusu Ukrayna ərazisində 2021-ci ildən istifadə olunmağa başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR