Bakıda dənizdə batan uşaqlardan sonuncusunun meyiti tapılıb - VİDEO

Bakıda dənizdə batan uşaqlardan sonuncusunun meyiti tapılıb - <span style="color: red;">VİDEO
# 08 avqust 2014 07:40 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sulardan Xilasetmə Xidmətindən APA-ya verilən məlumata görə, qadağan olunmuş ərazidə batan 6 yaşlı Farizin meyiti bu gün səhər saat 07.44 radələrində batdığı yerdən 5 km kənarda dəniz sahilində aşkar edilib və xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, avqustun 6-da axşam saatlarında Şüvəlan çimərliyindən 8 km aralıda, qadağan olunmuş ərazidə 10 yaşlı Kəmalə Qafil qızı Məmmədova, onun bacısı 9 yaşlı İlgün Qafil qızı Məmmədova, qardaşı 6 yaşlı Fariz Qafil oğlu Əliyev, 14 yaşlı Aydan Fikrət qızı Fərziyeva, onun qardaşı, 9 yaşlı Hüseyn Fikrət oğlu Fərziyev batıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sulardan Xilasetmə Xidmətindən APA-ya bildirilib ki, məlum hadisəyə valideyn nəzarətsizliyi səbəb olub. Belə ki, həmin uşaqlar dünən axşam saatlarında valideynlərinin nəzarəti olmadan çimərliyə gediblər və nəticədə belə bir faciəli hadisə baş verib.

Dövlət Sulardan Xilasetmə Xidməti vətəndaşlara müraciət edərək onları su hövzələrində diqqətli olmağa, azyaşlı uşaqları nəzarətsiz buraxmamağa, qadağan olunmuş yerlərdə ümumiyyətlə çimməməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR