Türkiyənin “Ziraat Bankı” Azərbaycanda törəmə bank təsis etmək niyyətindədir

Türkiyənin “Ziraat Bankı” Azərbaycanda törəmə bank təsis etmək niyyətindədir
# 01 dekabr 2014 09:11 (UTC +04:00)

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, hazırda Azərbaycan Mərkəzi Bankında “Ziraat Banka”sının müraciətinə baxılır və bu ilin sonunadək törəmə bankın lisenziyalaşdırılması proseslərinin yekunlaşdırılması nəzərdə tutulur.

“Azərbaycan bank bazarının əsas iştirakçılarından biri Türkiyə bank sistemidir. Türkiyə ilə Azərbaycan arasında ticarət-iqtisadi əlaqələrin sürətlə inkişafı, həcmi milyard dollarlarla ölçülən beynəlxalq əhəmiyyətli layihələrin birgə icrası iki ölkənin bank sistemləri arasında əlaqələrin də daim genişlənməsini zəruri edir”, - deyə AMB-nin məlumatında qeyd edilir.

Qeyd edək ki, “Ziraat Banka”sı Türkiyənin ən iri bankı olmaqla 1863-cü ildən fəaliyyət göstərir, aktivlərinin həcmi 108 mlrd. dollar təşkil edir. Bu bank Azərbaycan bank sistemində 1995-ci ildən təmsil olunan ilk xarici kapitallı bank olmaqla hər iki ölkənin bank sektorları arasında əlaqələrin qurulmasında mühüm rol oynayıb. Bankın Azərbaycanda təmsilçilik statusunun dəyişməsi onun fəaliyyətinin daha da aktivləşməsi və genişlənməsinə imkan verəcək. Eyni zamanda bu, bank sektorunda rəqabətin güclənməsinə, biznes və əhalinin bank xidmətlərinə çıxışının artmasına, bütövlükdə ölkələrimiz arasında iqtisadi əlaqələrin zəruri bank xidmətləri ilə daha geniş şəkildə əhatə olunmasına imkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR