İraqın şimalında 3 yaşayış məntəqəsi “İslam Dövləti”nin əlinə keçib

İraqın şimalında 3 yaşayış məntəqəsi “İslam Dövləti”nin əlinə keçib
# 07 avqust 2014 15:27 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Kürd “peşmərgə” birləşmələri İraqın şimalındakı üç yaşayış məntəqəsini döyüşsüz tərk ediblər. APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, kürd silahlı dəstələri Əl-Həmdaniyə, Başik və Kara-Koş yaşayış məntəqələrindən çıxdıqdan sonra bu ərazilər tamamilə “İslam dövləti” (keçmiş İŞİD) qruplaşmasının nəzarətinə keçib.


Xristianların əksəriyyət təşkil etdiyi Kara-Koş şəhərinə silahlı islamçılar hələ iyun ayında daxil olmuşdular. Həmin vaxt şəhəri tərk edən xristianlar İraq Kürdüstanı ərazisində sığınacaq tapmışdılar.

Son məlumatlarda qeyd olunur ki, Başik yaxınlığında İraqın təhlükəsizlik qüvvələri ilə “İslam dövləti”nin döyüşçüləri arasında silahlı toqquşmalar gedir, hava zərbələri nəticəsində 50 silahlı öldürülüb, 25 nəqliyyat vasitəsi məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR