“Azər-Türk Bank” nizamnamə kapitalını artırır

“Azər-Türk Bank” nizamnamə kapitalını artırır
# 20 oktyabr 2014 10:03 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən "Azər-Türk Bank" ASC-nin kütləvi təklif üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 1 manat olan 36 552 682 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı dövlət qeydiyyatına alınıb.

QKDK-dən “APA-Economics”ə verilən məlumata görə, bank emissiya nəticəsində nizamnamə kapitalını 3,72 dəfə artırmağı və 50 000 342 mln. manata çatdırmağı planlaşdırır.

Hazırda bankın nizamnamə kapitalı 13 447 660 mln. manat təşkil edir.

Emissiyanın parametrləri aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi

AZ1003004426

Emissiyanın həcmi

36 552 682 AZN

Qiymətli kağızın miqdarı

36 552 682 ədəd

Nominal dəyəri

1 AZN

Anderrayter

“İnvest-Az” MMC

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR