“Expressbank” aktivlərini 22,5% artırıb

“Expressbank” aktivlərini 22,5% artırıb
# 17 oktyabr 2014 12:35 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Expressbank”ın aktivləri 1 oktyabr 2014-cü il tarixinə 285,9 mln. manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 46,5 mln. manat və ya 28,4% artaraq 210,3 mln. manat olub.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, müştəri depozitlərinin həcmi 1 oktyabr 2014-cü il tarixinə 132,0 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 50,9 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 39,5% çoxdur.

Bankın 1 oktyabr 2014-cü il tarixinə məcmu kapitalı isə 130,7 mln. manat təşkil edib.

Bank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Bankın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat və ExpressPay ödəniş terminalı vardır. Aktiv bank kartların sayı 46 mindən artıqdır, Bankın POS-terminal sayı isə 5 minə çatdırılıb.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR