Bakıda müxtəlif çaplı mərmilər tapılıb

Bakıda müxtəlif çaplı mərmilər tapılıb
# 12 avqust 2014 15:59 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar xəttinə Bakı şəhəri, Nərimanov rayonunda partlayış təhlükəli əşyaların aşkarlanması barədə məlumat daxil olub.

FHN-in müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən partlayış təhlükəli əşyaların boş gövdələri aşkarlanıb. Aşkarlanmış sursatların 1 ədəd 150 mm çaplı top mərmisi, 1 ədəd 85 mm çaplı top mərmisi, 2 ədəd 82 mm çaplı minaatan mərmisi, 8 ədəd 60 mm çaplı minaatan mərmisi, 12 ədəd 125 mm çaplı BK-125 mərmisi olduğu müəyyən edilib.

Sursatlar xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Qeyd olunan ərazidə digər partlayış təhlükəli döyüş sursatları aşkar edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR