Xaçmazda dənizdə batan şəxsin əsgər olduğu məlum olub - YENİLƏNİB

Xaçmazda dənizdə batan şəxsin əsgər olduğu məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 19 avqust 2014 09:20 (UTC +04:00)

APA-nın əldə etdiyi məlumata görə, dünən Xaçmaz rayonu ərazisində dənizdə çimərkən batan, 1996-cı il təvəllüdlü Əliağa Yaşar oğlu Əliyev cəbhə bölgəsində yerləşən hərbi hissələrdən birində xidmət edib.

Quba rayonundan hərbi xidmətə çağırılan Ə. Əliyev bir neçə gün əvvəl məzuniyyətə gəlibmiş.

***

Saat: 04:54

Bakı-APA. Xaçmazda ötən gün axşam saatlarında 18 yaşlı gənc dənizdə batıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Xaçmaz rayonunda dənizdə (“Seyidli” sularda xilasetmə məntəqəsindən, təxminən, 2 km məsafədə, nəzarət olunmayan ərazidə) 1996-cı il təvəllüdlü Əliağa Yaşar oğlu Əliyev sərxoş halda çimərkən batıb. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıb. Ə. Əliyevin cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR