“Qasım bəy Zakir və müasirləri” kitabı çapdan çıxıb

“Qasım bəy Zakir və müasirləri” kitabı çapdan çıxıb
# 04 oktyabr 2013 16:35 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. “Elm və təhsil” nəşriyyatında AMEA Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Raqub Kərimovun “Qasım bəy Zakir və müasirləri” kitabı çapdan çıxıb.

APA-nın məlumatına görə, əlyazma mənbələri əsasında yazılan, indiyədək məlum olmayan yeni faktları üzə çıxaran monoqrafiyada şairin həyat və yaradıcılığı, Cəfərqulu xan Nəva, Mirzə Fətəli Axundzadə və başqaları ilə münasibətləri, yetişdiyi və yaşadığı ədəbi mühit haqqında məlumat verilib, şairin işıq üzü görməyən şeirləri oxuculara təqdim edilib.

Kitabın elmi redaktorları professorlar Möhsün Nağısoylu və Zaman Əsgərli, rəyçisi filologiya elmləri doktoru Paşa Kərimovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR