AMEA rəhbərliyi 21-ci Dünya Neft Konqresində iştirak edib

AMEA rəhbərliyi 21-ci Dünya Neft Konqresində iştirak edib
# 19 iyun 2014 16:46 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə və vitse-prezident, akademik İbrahim Quliyev Rusiyada keçirilmiş 21-ci Dünya Neft Konqresində iştirak ediblər.

AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, Moskvada keçirilmiş iclasa Rusiya Federasiyası hökumət sədrinin müavini Arkadi Dvorkoviç rəhbərlik edib. 90 ölkədən beş min nümayəndənin qatıldığı iclasda iştirakçılar sırasında 50 ölkənin sənaye nazirləri, həmçinin “British Petroleum”, “Shell”, “Total”, “Exxon Mobil” kimi böyük neft-qaz şirkətləri yer almışlar.

Konqresdə dünya energetika resurslarının hazırki vəziyyəti, neft bazarlarının inkişaf perspektivi və analizi, neftin istehsalı, saxlanılması və emalı sahəsində innovasiya texnologiyalarının tətbiqi, təbii qaz və alternativ enerji mənbələrindən istifadənin əhəmiyyəti, sənaye və ekologiyada sosial aspektlər kimi məsələlər müzakirə olunub.

XXI Dünya Neft Konqresi çərçivəsində neft-qaz sərgisi də təşkil edilib. Sərgidə dünyanın ən məşhur şirkətləri, energetika və neft nazirlikləri tərəfindən zamanın çağırışlarına hazırlıq, inkişaf perspektivi, sosial məsuliyyət və ətraf mühitə qayğını özündə əks etdirən işlər nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR