Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Xaçmazda dəfn olunub - FOTO - YENİLƏNİB

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Xaçmazda dəfn olunub - FOTO  - YENİLƏNİB
# 07 may 2024 14:53 (UTC +04:00)

Birinci Qarabağ müharibəsində itkin düşən, 30 ildən sonra dəfn olunduğu yer, kimliyi müəyyən edilən şəhid Elşad Şirin oğlu Qayımovun qalıqları dəfn edilib.

APA-nın Şimal bürosu xəbər verir ki, Elşad Qayımovun qalıqları Xaçmazın Hacıqurbanoba kənd qəbiristanlığında torpağa tapşırılıb.

***

14.02

Birinci Qarabağ müharibəsində itkin düşən və 30 ildən sonra dəfn olunduğu yer, kimliyi müəyyən edilən şəhid Elşad Qayımovla vida mərasimi keçirilir.
APA-nın Şimal bürosu xəbər verir ki, Qayımov Elşad Şirin oğlunun qalıqları ailəsinə təhvil verilib. Xaçmaz rayonunun Hacıqurbanoba kəndində şəhidlə vida mərasimi keçirilir.

Vida mərasimində şəhid Elşad Qayımovun ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edir.

Şəhidin qalıqları Hacıqurbanoba kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində Füzuli rayonunun Kərimbəyli kəndi istiqamətində itkin düşən Elşad Qayımovun Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR