Nyu-Yorkda İran və Fransa arasında görüş keçirilib

Nyu-Yorkda İran və Fransa arasında görüş keçirilib
# 25 sentyabr 2013 07:17 (UTC +04:00)

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, Fransua Olland həmkarı Həsən Ruhani ilə sentyabrın 24-də BMT Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində bir araya gəlib. Görüşdə ikitərəfli əlaqələr, İranın nüvə proqramı və Suriya böhranı əsas müzakirə mövzusu olub.

Qeyd edək ki, Fransa prezidenti görüşdən əvvəl BMT Baş Assambleyasının 68-ci sessiyasında çıxışı zamanı İranı nüvə proqramının hərbi məqsəd daşıyıb-daşımadığını sübut etmək üçün konkret addımlar atmağa çağırıb: “Fransanın bununla bağlı İrandan gözləntiləri var. Ancaq rəsmi Tehran dinc məqsədlə nüvə enerjisindən yararlanmaq hüququna malikdir. Lakin İranın nüvə məsələsi ilə bağlı vədlərini əməli addımlara çevirəcəyini bilməməyimiz problemdir. On il ərzində danışıqlar yolu ilə bir nəticə hasil olmayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR