Hərbi Dəniz Qüvvələrinin sabiq qərargah rəisi dələduzluq və rəsmi sənədləri saxtalaşdırmada təqsirləndirilərək həbs edilib - VİDEO

Hərbi Dəniz Qüvvələrinin sabiq qərargah rəisi dələduzluq və rəsmi sənədləri saxtalaşdırmada təqsirləndirilərək həbs edilib - <span style="color: red;">VİDEO
# 04 aprel 2014 11:39 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq qərargah rəisi Yunus Məmmədov həbs edilib.

Bakı Hərbi Məhkəməsindən APA-ya verilən məlumata görə, Y. Məmmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 320.2-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Y. Məmmədovun həbsi xəbərini APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən də təsdiqləyiblər.

Qeyd edək ki, APA bir neçə gün əvvəl Azərbaycan HDQ-də Hərbi Prokurorluq və Maliyyə Nazirliyinin iştirakı ilə kompleks yoxlamalar aparılması barədə məlumat yayıb. Yoxlamalar HDQ-nin son 15 ildəki fəaliyyətini əhatə edir. Yoxlamaları aparan müstəntiqlər və Maliyyə Nazirliyinin nümayəndələri tərəfindən gəmi kapitanlarından ifadələr alınıb. Artıq ilkin araşdırma zamanı sabiq komandan, vitse-admiral Şahin Sultanov komandan olduğu dövrdə külli miqdarda vəsaitin mənimsənilməsinə dair faktların ortaya çıxdığı bildirilir.

Eyni zamanda HDQ-nin 6 hərbi qulluqçusu saxlanılıb.

Yoxlamalar zamanı gəmilərin təmiri, eləcə də təchizatla bağlı çoxlu sayda nöqsan aşkarlanıb. Məlumata görə, HDQ-də gəmilərin təmiri üçün ayrılan vəsaitin düzgün istifadə olunmaması, istismar dövrünü başa vuraraq istifadədən çıxarılmış gəmilərin HDQ-nin döyüş sıralarında göstərilərək, saxlanılması üçün büdcədən əlavə vəsaitin götürülməsi, gəmilərin rənglənməsi üçün saxta sənədlərlə yüz tonlarla boyanın alınması, təmir işlərinin gəmi kapitanlarının hesabına aparılması, HDQ-yə məxsus bəzi yaşayış və iaşə sahələrinin saxta sənədlərlə ayrı-ayrı adamların adına özəlləşdirilməsi və s. kimi faktlar üzə çıxıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR