İranda terror aktı həyata keçirilib, 1 polis həlak olub

İranda terror aktı həyata keçirilib, 1 polis həlak olub
# 03 iyun 2013 13:20 (UTC +04:00)

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İranşəhr təhlükəsizlik qüvvələrinin komandanı Əli Ahəngəran açıqlama verib.

Onun sözlərinə görə, İranın Sistan və Bəlucistan vilayətində, İranşəhr-Sərbaz magistralında silahlı qrupun yol polisinə hücumu nəticəsində bir yüksək rütbəli polis həlak olub: “Hadisə üzərində dövlət qeydiyyat nömrə nişanı olmayan “Peugeot” markalı avtomobil tərəfindən həyata keçirilib. Terrorçular hadisə yerindən qaça biliblər”.

Qeyd edək ki, ötən ay Zahidan-Xaş magistralında da yol polisinə məxsus avtomobilə hücum nəticəsində iki nəfər həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR