İmişlidə qətlə yetirilmiş qadınla bağlı bəzi təfərrüatlar məlum olub - YENİLƏNİB - VİDEO

İmişlidə qətlə yetirilmiş qadınla bağlı bəzi təfərrüatlar məlum olub - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 15 yanvar 2014 16:31 (UTC +04:00)

İmişli Rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə ötən gecə rayonun Bəhrəmtəpə qəsəbəsi və Qaragüvəndikli kəndini birləşdirən daxili yolun kənarındakı sahədə baş verib.

Həmin ərazidə yerləşən damda qadın meyiti aşkarlanıb. İlkin araşdırma zamanı qətlə yetirilən şəxsin kimliyi müəyyən edilib. Məlum olub ki, İmişlidə məskunlaşan Cəbrayıl rayonunun Daveysəlli kənd sakini, 1968-ci il təvəllüdlü məcburi köçkün Reyhan Cümşüd qızı Səfərova soyuq silahla naməlum şəxs və ya şəxslər tərəfindən öldürülüb. Bildirilir ki, qətlə yetirilən şəxs həmin evdə tək yaşayıb.

Faktla bağlı İmişli rayon prokurorluğunda cinayət işi açılıb, əməliyyat-axtarış işləri aparılır.

* * *

12:21

Bakı. Hafiz Heydərov - APA. İmişli rayonunda qətl hadisəsi baş verib.


İmişli Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Qaragüvəndikli kəndində qeydə alınıb. Cəbrayıl rayon sakini Reyhan Səfərovanın bıçaqla qətlə yetirilmiş meyiti yaşadığı evdə tapılıb.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR