Məhkumdan mobil telefon götürülüb

Məhkumdan mobil telefon götürülüb
# 25 sentyabr 2013 07:47 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Penitensiar Xidmətin və 2 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1991-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 180.2.1; 180.2.4 maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Rövşən Fəxrəddin oğlu Əhmədovun üzərinə baxış keçirilərkən şalvarının cibində daxilində “Sim” danışıq kartı olan 1 ədəd “Samsunq” markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR