Azərbaycanın müdafiə naziri NATO-nun tədbirlərində iştirak etmək üçün Brüsselə gedib

Azərbaycanın müdafiə naziri NATO-nun tədbirlərində iştirak etmək üçün Brüsselə gedib
# 02 iyun 2014 06:33 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanı və ABŞ-ın Avropadakı Qüvvələri Komandanı general Filip Bridlavın dəvəti ilə iyunun 2-də Belçika Krallığına rəsmi səfərə gedib.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər zamanı keçiriləcək görüşlərdə NATO-Azərbaycan əlaqələri və əməkdaşlığın inkişafı perspektivləri müzakirə ediləcək.

Azərbaycan nümayəndə heyəti Belçikanın Mons şəhərində yerləşən NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığı Qərargahının fəaliyyəti ilə də tanış olacaq.

Zakir Həsənov NATO-nun baş katibi Anders Foq Rasmussenin dəvəti ilə NATO-nun Brüsseldəki Mənzil-Qərargahında Şimali Atlantika Şurasının Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin (ISAF) əməliyyatına töhfə verən qeyri-NATO ölkələri ilə Müdafiə nazirləri səviyyəsində iyunun 4-də keçiriləcək növbəti görüşdə də iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR