Paytaxtın Nərimanov rayonunda yanğın olub

Paytaxtın Nərimanov rayonunda yanğın olub
# 17 may 2014 18:56 (UTC +04:00)

Bakı-APA. Bakıda bu gün axşam saatlarında yanğın hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Nərimanov rayonunda ümumi sahəsi 500 kv.m olan talvarda baş verib. Nəticədə, talvarın yanar konstruksiyaları, talvarın altına yığılmış karton və plasmasdan ibarət şpullar 200 kv.m sahədə yanıb. Talvarın qalan hissəsi və yaxınlıqda olan digər tikililər yanğından mühafizə olunub. Yanğın saat 18:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR