May ayından ali məktəblərdə yeni yaradılacaq SABAH qruplarına sənəd qəbuluna başlanılacaq

May ayından ali məktəblərdə yeni yaradılacaq SABAH qruplarına sənəd qəbuluna başlanılacaq
# 09 may 2014 16:15 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələrində yeni yaradılacaq SABAH qruplarının formalaşdırılması və tədrisinin təşkili ilə bağlı hazırda intensiv hazırlıq işləri görülür.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, ixtisaslar üzrə SABAH qruplarının tədrisinin təşkili üçün baza ali təhsil müəssisələri müəyyənləşdirilib.

Baza ali təhsil müəssisələrində SABAH mərkəzlərinin yaradılması üzrə universitetlərlə birgə iş aparılır. Müsabiqənin keçirilməsi üçün hazırlıq işləri görülür və hazırda SABAH-ın internet səhifəsi tamamlanmaq üzrədir.

Bu ilin may ayında SABAH-ın internet səhifəsində müsabiqə elan ediləcək və sənəd qəbuluna başlanılacaq. İctimaiyyətə isə bu barədə ətraflı məlumat veriləcək.

Azərbaycanda 12 illik təhsilə keçidlə bağlı məsələyə gəlincə, nazirlikdən bildirilib ki, hazırda müvafiq icra mexanizmlərinin müəyyənləşdirilməsi üzrə müzakirələr aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR