İtaliya paytaxtında “Azərbaycan, odlar ölkəsi” adlı sənədli filmin təqdimatı keçirilib - FOTO

İtaliya paytaxtında “Azərbaycan, odlar ölkəsi” adlı sənədli filmin təqdimatı keçirilib   - <span style="color: red;">FOTO
# 04 dekabr 2012 16:57 (UTC +04:00)

Bakı – APA. Dekabrın 3-də Romanın Sala Umberto Teatrında “İtalian Multimedia Group Srl” şirkəti tərəfindən çəkilmiş “Azərbaycan, odlar ölkəsi” adlı sənədli filminin təqdimatı keçirilib. Azərbaycanın İtaliyadakı səfirliyindən APA-ya verilən məlumata görə, 55 dəqiqədən ibarət və 5 dildə hazırlanmış film səfirliyin təşəbbüsü, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilib. Filmin çəkiliş qrupu bu məqsədlə Azərbaycana bir neçə dəfə səfər edib. Bu filmin gələn ilin yanvar ayında İtaliyanın aparıcı televiziya kanalı olan “Rai 1” kanalında göstərilməsi nəzərdə tutulur.

Tədbirə İtaliyanın məşhur səyahət jurnalı olan “Dove Viaggi” jurnalının baş redaktoru Loredana Tartalya aparıcılıq edib. Azərbaycan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, İtaliya Regional Məsələlər, Turizm və İdman Nazirliyinin katibliyinin rəisi Antonella Albamonte, filmin yaradıcı heyətinin üzvü Laura Korsiko çıxış ediblər.

Təqdimatın sonunda iştirakçıların çoxsaylı sualları cavablandırılıb və film nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR