Litvanın yeni səfiri Milli Məclisin Litva-Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşüb

Litvanın yeni səfiri Milli Məclisin Litva-Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşüb
# 18 dekabr 2012 16:16 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Litvanın Azərbaycana yeni təyin olunmuş səfiri Arturas Jurauskas Milli Məclisin Litva-Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşüb. Milli Məclisin Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fuad Muradovun APA-ya verdiyi məlumata görə, görüş zamanı hər iki ölkənin parlamentləri arasında əlaqələr, dövlətlərarası münasibətlər müzakirə olunub.

Görüşdə Azərbaycan-Litva əlaqələrinin yüksələn xətlə inkişaf etdiyi vurğulanıb və bildirilib ki, bu işdə dövlət başçılarının, hökumət və parlament rəhbərlərinin keçirdikləri görüşlər, aparılan danışıqlar mühüm rol oynayıb. Səfir bildirib ki, diplomatik fəaliyyətində hər iki ölkənin parlamentləri arasında münasibətlərin genişlənməsi üçün lazımi səylər göstərəcək.

Qeyd edək ki, bu ilin oktyabr ayında Azərbaycana səfir təyin olunmuş Arturas Jurauskas öz diplomatik karyerasına 1993-cü ildə Litva XİN-də başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR